Kişi həndbolçulardan ibarət “Bakı” klubu bu gün növbəti avrokubok oyununu keçirib
İdman.biz xəbər verir ki, Avropa kubokunda mübarizə aparan təmsilçimiz Avropa kubokunda 2-ci mərhələnin cavab görüşünə çıxıb.
Paytaxtın eyniadlı klubu Monteneqroda “Lovçen”lə qarşılaşıb. İlk oyunda nominal meydan sahibi olan təmsilçimiz bugünkü matçda qonaq qismində olub. Növbəti dəfə uduzan "Bakı" turnirlə vidalaşıb. İkinci görüş 37:23 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, ilk qarşılaşmada “Lovçen” 20 xal fərqlə qalib gəlib (41:21).
Avropa kuboku
2-ci mərhələ, cavab oyunu
27 iyun
21:00. “Lovçen” (Monteneqro) – “Bakı” - 37:23 (18:11)
Hakimlər: Xaralambos Xaralambous, Efstatios Efstatiou (hər ikisi Kipr)
Çetinye. “Lovçen” İdman Kompleksi
İlk oyun - 41:21
İdman.biz