“Bu qələbə ağır keçən məşq prosesinin nəticəsidir”
Bunu İdman.biz-ə açıqlamasında "Kür" həndbol klubunun üzvü Cavid İsmayılov Avropa Kubokunun II mərhələsində Mingəçevirdə Kiprin “Parnassos Strovolu” klubuna 32:29 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra deyib.
O bildirib ki, növbəti rəqib bir həftə sonra bəlli olacaq: “Qələbə üçün məşqçimizə və komanda yoldaşlarıma təşəkkür edirəm. Rəqib zəif komanda deyildi, hər iki oyun ağır keçdi. İki gün dalbadal nəticə qazanmaq böyük uğurdur. İnanıram ki, məşqlərimizi daha da yaxşılaşdırıb növbəti oyunda qələbə qazanacağıq”.
Aytac Sahəd
İdman.biz