Qadınlardan ibarət həndbol üzrə Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinə uğursuz start götürüb.
İdman.biz saytı xəbər verir ki, milli səfərdə Şimalı Makedoniyaya məğlub olub.
Meydan sahiblər fasiləyə 23:10 hesabı ilə üstün yollanıblar. İkinci hissədə yaxşı oynayan makedoniyalılar 23 xal fərqi ilə qələbə qazanıblar.
Komandamız növbəti oyunun oktyabrın 14-də İspaniya ilə keçirəcək.
Avropa çempionatı, seçmə mərhələ
Qadınlar
11 oktyabr
Şimalı Makedoniya – Azərbaycan – 40:17 (23:10)
İdman.biz