“Qarabağ” mübarizəni dayandırıb

Xəbərlər
17 Noyabr 2024 14:09
162
“Qarabağ” mübarizəni dayandırıb

Qadın həndbolçulardan ibarət “Qarabağ” klubu bu gün növbəti avrokubok oyununu keçirib

İdman.biz xəbər verir ki, təmsilçimiz Avropa kubokunun 3-cü mərhələsinin cavab matçına çıxıb.

“Qarabağ” Ukrayna təmsilçisi “Qaliçanka”nı qəbul edib. “Kür” Olimpiya İdman-Tədris Mərkəzində baş tutan matç rəqibin üstünlü ilə keçib. Fasiləyə 8 xal fərqi ilə üstün yollanan ukraynalılar ikinci hissədə daha yaxşı çıxış ediblər. "Qarabağ" 19:34 hesabı ilə uduzub.

Qeyd edək ki, bir gün əvvəl eyni məkanda keçirilən görüşdə də Ukrayna klubu 33:20 hesabına sevinib.

Avropa kuboku
3-cü mərhələ, cavab oyunu
17 noyabr
12:00. “Qarabağ” (Azərbaycan) – “Qaliçanka” (Ukrayna) - 19:34 (6:14)

“Kür” Olimpiya İdman-Tədris Mərkəzi
İlk oyun – 20:33

İdman.biz