"Qarabağ"ın həndbolçusunun TƏƏSSÜFÜ

Xəbərlər
18 Noyabr 2024 15:40
108
"Qarabağ"ın həndbolçusunun TƏƏSSÜFÜ

“Rəqib güclü idi”.

İdman.biz xəbər verir ki, bunu Report.az-a açıqlamasında "Qarabağ"ın həndbolçusu Mədinə Salamova Ukraynanın “Qaliçanka” klubuna uduzduqları Avropa Kubokunun III mərhələsinin oyunları ilə bağlı danışarkən deyib.

O, matçların gözlənildiyi kimi gərgin keçdiyini bildirib: "Əlimizdən gələni etməyə çalışdıq. İlk görüşün birinci hissəsində hər şey yaxşı idi. Qarşılaşma bərabər səviyyədə gedirdi. Hesab arasında bir və ya iki top fərqi olurdu. Bizim də önə keçdiyimiz vaxt oldu. Amma qeyd etdiyim kimi, rəqib çox güclü idi. Onlarla sonadək rəqabət aparmaq çətin oldu. Təəssüf ki, uğur qazana bilmədik".

Qeyd edək ki, "Qarabağ" Mingəçevir şəhərindəki “Kür” Olimpiya İdman Tədris Mərkəzində keçirilən oyunlarda rəqibinə 20:33 və 19:34 hesabı ilə məğlub olub.

İdman.biz