Nasser Salimi: "Bu gün zəif oynadıq"

Xəbərlər
1 Dekabr 2024 18:49
89
Nasser Salimi: "Bu gün zəif oynadıq"

"Bilirdik ki, bizim üçün asan olmayacaq”.

İdman.biz xəbər verir ki, bunu həndbolçulardan ibarət "Kür" komandasının baş məşqçisi Nasser Salimi Avropa Kubokinun 1/16 final mərhələsində İslandiyanın "Haukar" klubu ilə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis məğlubiyyəti belə şərh edib: "Çox çətin oyun oldu. Rəqibin gücü bizə məlum idi. Bilirdik ki, bizim üçün asan olmayacaq. Amma ən kiçik şansdan belə, istifadə etmək istəyirdik. Komandama, bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Dünənki oyunla müqayisədə bu gün nisbətən zəif oynadıq. Həmçinin bütün oyunçulara şans verdik".

Aytac Sahəd
İdman.biz