Qazaxıstanın “Astana” həndbol klubu Bakıda hazırlıq keçir.
İdman.biz xəbər verir ki, məqsəd qarşıdakı yarışlara səmərəli hazırlaşmaq, eləcə də Azərbaycan klubları ilə qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.
“Astana” təlim-məşq toplanışı çərçivəsində paytaxtımızda bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq. Artıq bu qarşılaşmalardan biri reallaşıb. "AHF Arena”da təşkil olunan görüşdə Azərbaycanın “Azəryol” və “Astana” komandaları üz-üzə gəlib. Matçda rəqibindən bütün kompenentlərdə üstün olan komandamız ilk hissəni 23:12 hesabı ilə irəlidə tamamlayıb. Fasilədən sonra da meydanda dominatlıq edən tərəf “Azəryol” həndbolçuları 40:22 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, “Astana” klubunun təlim-məşq toplanışı dekabrın 9-a kimi davam edəcək.
İdman.biz