Kişi həndbolçular arasında Azərbaycan çempionatının final mərhələsində növbəti oyun keçirilib.
İdman.biz xəbər verir ki, V-VI yerlər uğrunda yarışan ”İdman Akademiyası” ilə U-17 komandalarının görüşü nominal ev sahibinin qələbəsi ilə nəticələnib.
Daha inamlı oyun nümayiş etdirən “tələbələr” ilk hissəsi bərabər yekunlaşan (15:15) görüşdə 38:25 hesabı ilə qalib gəliblər.
İdman.biz