Danimarkanın ardıcıl 4-cü dünya çempionluğu

Xəbərlər
3 Fevral 2025 00:39
46
Danimarkanın ardıcıl 4-cü dünya çempionluğu

Danimarkanın kişilərdən ibarət həndbol millisi 2025-ci il dünya çempionatının qalibi olub.

İdman.biz xəbər verir ki, danimarkalılar finalda Xorvatiya komandasına 32:26 hesabı ilə qalib gəliblər.

Bu, Danimarka millisinin 2019-cu ildən bəri ardıcıl 4-cü dünya çempionluğudur.

Mundialda 3-cü yeri Portuqaliyaya 35:34 hesabı ilə qalib gələn Fransa komandası tutub.

İdman.biz