Kişi həndbolçular arasında İnkişaf etməkdə olan ölkələrin çempionatı davam edir.
İdman.biz xəbər verir ki, Azərbaycan milisi bu gün növbəti oyununu keçirib.
Yığmamız 5-8-ci yerlər uğrunda matçda Paraqvayla görüşüb. Bolqarıstanın Varna şəhərində keçirdiyi bütün oyunlarda uduzan millimiz bu dəfə də meydandan məğlub ayrılıb – 22:34.
Qeyd edək ki, komandamız 7-ci yer uğrunda sabah keçiriləcək qarşılaşmada Moldova – Kipr duelində uduzan yığma ilə üz-üzə gələcək.
İdman.biz