"Qarabağ" - "Bakı" oyununun vaxtı açıqlanıb

Xəbərlər
29 Mart 2025 09:40
39
"Qarabağ" - "Bakı" oyununun vaxtı açıqlanıb

Kişi həndbolçuların Azərbaycan çempionatı davam edir.

İdman.biz xəbər verir ki, final mərhələsinin növbəti oyunlarının vaxtı açıqlanıb.

Sabah I-IV yerlər uğrunda mübarizədə iki matç keçiriləcək. "Qarabağ" və "Bakı" "AHF Arena"da üz-üzə gələcək. Matç saat 12:00-da başlayacaq.

"Azəryol"-"Kür" görüşü isə saat 14:00-da start götürəcək. Bu görüş də eyni arenada baş tutacaq.

İdman.biz