Həndbol üzrə Azərbaycan çempionatının final mərhələsində növbəti oyunlar keçirilib

Xəbərlər
30 Mart 2025 21:25
39
Həndbol üzrə Azərbaycan çempionatının final mərhələsində növbəti oyunlar keçirilib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının final mərhələsinin növbəti oyunları keçirilib.

İdman.biz xəbər verir ki, I-IV yerlər uğrunda yarışan "Qarabağ" "Bakı"ya 36:24 hesabı ilə qalib gəliblər.

Digər qarşılaşma "Kür"lə "Azəryol" arasında baş tutub. “Kür” 36:33 hesabı ilə mübarizədən qalib ayrılıb.

Qeyd edək ki, hər iki görüş "AHF Arena"da baş tutub.

İdman.biz