"Bakı" və “Azəryol”dan qələbə

Xəbərlər
5 Aprel 2025 16:44
59
"Bakı" və “Azəryol”dan qələbə

Bu gün həndbol üzrə Azərbaycan çempionatında final mərhələsinin növbəti turuna start verilib.

İdman.biz xəbər verir ki, kişi həndbolçuların I-IV yerlər uğrunda mübarizəsində "Azəryol" və "Bakı" günün ilk matçında üz-üzə gəliblər.

"AHF Arena"da keçirilən oyun nominal qonaqların 27:21 hesablı qələbəsi ilə nəticələnib.

Qadın həndbolçulardan ibarət "Azəryol" "İdman Akademiyası"nı sınağa çəkib. "AHF Arena"da keçirilən görüsü gözlənildiyi kimi nominal ev sahibinin üstünlüyü ilə yadda qalıb. Nəticədə oyun "Azəryol"un 37:22 hesablı qələbəsi ilə başa çatıb.

İdman.biz

Məqalədə: