“Kür” - “Azəryol” oyununun vaxtı açıqlanıb

Xəbərlər
18 Aprel 2025 08:54
227
“Kür” - “Azəryol” oyununun vaxtı açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turun oyunlarının vaxtı müəyyənləşib.

İdman.biz xəbər verir ki, qadın həndbolçuların yarışında final mərhələsinin növbəti turuna aprelin 18-də start veriləcək.

Həmin gün saat 11:30-da I-IV yerlər uğrunda yarışan “Qarabağ”la “İdman Akademiyası” üz-üzə gələcək. Ertəsi gün saat 12:00-da “Azəryol” və “Kür” qarşılaşacaqlar. Matç “AHF Arena”da keçiriləcək.

Kişi həndbolçuların final mərhələsində I-IV yerlər uğrunda yarışan komandaların növbəti turu isə aprelin 19-da start götürəcək. Saat 10:00-da “AHF Arena”nın meydançasına “Bakı” və “Qarabağ” çıxacaqlar. Aprelin 20-nə təyin olunan “Kür” - “Azəryol” görüşü daha böyük maraqla gözlənilir. “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək oyun saat 15:00-da başlayacaq. Aprelin 23-də isə saat 19:30-da “Qarabağ” – “Azəryol” matçının start fiti səslənəcək.

İdman.biz

Məqalədə: