Qadın həndbolçuların Azərbaycan çempionatında final mərhələsinin növbəti turunun ikinci oyunu keçirilib.
İdman.biz xəbər verir ki, I-IV yerlər uğrunda yarışan “Azəryol” və Kür” üz-üzə gəlib.
“AHF Arena”da keçirilən matçda meydan sahibləri minimal fərqlə qalib gəliblər. Fasiləyə 18:14 hesabı ilə öndə yollanan “Azəryol” yekunda iki xal qazanmaqla liderliyini möhkəmlədib - 31:30.
1 |
Azəryol |
12 |
10 |
0 |
2 |
388-298 |
20 |
2 |
Qarabağ |
12 |
7 |
1 |
4 |
325-320 |
15 |
3 |
Kür |
12 |
6 |
1 |
5 |
360-303 |
13 |
4 |
İdman Akademiyası |
12 |
0 |
0 |
12 |
278-417 |
0 |
Qeyd edək ki, bir gün əvvəl keçirilən digər qarşılaşmada “Qarabağ” və “İdman Akademiyası”na qalib gəlib - 33:26.
İdman.biz