Qadın həndbolçular arasında Azərbaycan kubokuna start verilib.
İdman.biz xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
“Bakı” və “İdman Akademiyası” 1/4 final duelinə çıxıb. Fasiləyə 13:10 hesablı üstünlüklə yollanan nominal qonaqlar qarşılaşmadan qalib ayrılıblar – 30:22.
Qeyd edək ki, 1/4 finalın sabah baş tutacaq oyununda “Təhsil”lə “Qarabağ” üz-üzə gələcək.
İdman.biz