Həndbol üzrə Azərbaycan kubokunda daha üç oyun keçirilib.
İdman.biz xəbər verir ki, "AHF Arena"da təşkil olunan yarış günündə əvvəlcə qadınlardan ibarət "Təhsil" və "Qarabağ" komandaları üz-üzə gəlib.
İlk dəqiqələrdən təşəbbüsə yiyələnən "Qarabağ"ın üstünlüyü yekun hesabda da öz əksini tapıb - 43:8.
Kişilərin yarışında keçirilən "Təhsil" - "Dinamo" matçı 31:36, "Kür" - "Qarabağ" görüşü isə 34:20 hesabları ilə nəticələnib.
Qeyd edək ki, aprelin 28-də saat 14:00-da qadınlardan ibarət "İdman Akademiyası" və "Gənclər Birliyi" komandaları üz-üzə gələcək.
İdman.biz