Finalda uduzub, MVP seçilib

Xəbərlər
25 İyun 2024 18:43
111
Finalda uduzub, MVP seçilib

NHL-də 2023/2024 mövsümün ən yaxşı hokkeyçisi məlum olub.

İdman.biz xəbər verir ki, “Edmonton Oylers”in üzvü Konnor Makdevid MVP seçilib.

Səsvermədə 17 müxtəlif nəşrin jurnalistləri iştirak edib. Qalib 5-3-1 xal sxemi üzrə müəyyənləşib. Makdevid 17 jurnalistin 16-dan ən yüksək balı alıb. İkinci “Florida Panterz”in hokkeyçisi Aleksandr Barkov, 3-cü isə onun komanda yoldaşı Qustav Forslinq olub.

Qeyd edək ki, NHL-in finalında “Florida” “Edmonton”a 4:3 hesabı ilə qalib gələrək Stenli kubokunu qazanıb.

İdman.biz