Leon Drayzaytl NHL-də ən yüksək müqaviləyə imza atıb.
İdman.biz xəbər verir ki, o, "Edmonton"la 112 milyon dollar dəyərində 8 illik müqavilə bağlayıb.
Almaniyalı hücumçu ilə 14 milyon qazanacaq və bu göstəricidə rekordçu olacaq. Leon "Toronto"nun hokkeyçisi Oston Mettyusu (13,25 milyon) arxada qoyub.
Qeyd edək ki, Drayzaytl ötən mövsümdə müntəzəm çempionatda 81 oyunda 41 şayba vurub, 65 ötürmə edib. Forvard pley-offda 25 matçda 31 (10+21) xal toplayıb.
İdman.biz