Yevgeniy Malkin "Pittsburq Pinqvinz"in heyətində 500-cü şaybanı rəqib qapısından keçirib.
İdman.biz xəbər verir ki, klub bu münasibətlə rusiyalı hokkeyçiyə xüsusi şayba hazırlatdırıb.
Malkin NHL-in növbəti turunun "Baffalo" ilə oyununda fərqlənib. O, 6:5 hesabı ilə başa çatan görüşdə 1 qol və 3 ötürmə ilə yadda qalıb. Limit sayda istehsal olunan şaybanın qiyməti 50 dollardır.
Qeyd edək ki, 38 yaşlı hokkeyçi 3 dəfə Stenli kubokunun qalibi olub (2009, 2016, 2017).
İdman.biz