ABŞ-da keçirilən Şərq Sahili Hokkey Liqasının (ECHL) oyunu qapıçıların davası ilə əlamətdar olub.
İdman.biz xəbər verir ki, qalmaqal “Yuta Qrizzlis” və “Kanzas Siti Maveriks” arasında matçda baş verib.
Yuta təmsilçisinin qolkiperi Ceyk Barçevski rəqib qapıçı Viktor Ostmanı təkbətək döyüşə çağırıb. Sonuncu rəqibinin öhdəsindən tez gələrək onu döyüb. Barçevski hakimlərdən biri və komanda yoldaşlarının köməyi ilə ayağa qalxa bilib. Hətta hakim “Qrizzlis”in məşqçilərinə döyülmüş qapıçıya yardım lazım olduğu barədə xəbərdarlıq da edib.
İdman.biz