NHL-də iştirak haqqı - 2 milyard dollar

Xəbərlər
11 Dekabr 2024 00:21
129
NHL-də iştirak haqqı -  2 milyard dollar

Floridada Milli Hokkey Liqasının (NHL) klub rəhbərlərinin toplantısı keçirilib.

İdman.biz xəbər verir ki, iclasda Atlanta təmsilçisinin çempionatda mümkün çıxışı müzakirə olunub.

Yeni komandanın turnirdə iştirakı üçün ödəniş məbləğinin 2 milyard dollar müəyyən edildiyi bildirilib. 2017-ci ildən NHL-də çıxış edən "Veqas Qolden Nayts" 500 milyard dollar, 2021-ci ildən bu hüququ əldən "Sietl Kraken" isə 650 milyard dollar iştirak haqqı ödəyib.

Qeyd edək ki, hazırda NHL-də 32 klub çıxış edir. Əvvəllər Atlantanı liqada "Atlanta Treşerz" komandası təmsil edib.

İdman.biz