Qapıçı qeyri-adi zədə alıb - VİDEO

Xəbərlər
11 Dekabr 2024 16:22
154
Qapıçı qeyri-adi zədə alıb - VİDEO

"Pittsburq"un qapıçısı Aleks Nedelkoviç NHL müntəzəm çempionatı çərçivəsində "Kolorado" ilə matçda qeyri-adi zədə alıb.

İdman.biz xəbər verir ki, oyunun birinci hissəsinin ortalarında 28 yaşlı hokkeyçi ehtiyat oyunçular skamyasında olarkən üzünə şayba dəyib.

Nedelkoviç paltardəyişmə otağına getmək məcburiyyətində qalıb və orada ona tibbi yardım göstərilib. Amerikalı qapıçı daha sonra sağ gözünün altında yara və qaraltı izi ilə ehtiyat oyunçular skamyasına qayıdıb.

İdman.biz

Məqalədə: