Qapıçı NHL tarixində ilkə imza atıb - VİDEO

Xəbərlər
18 Yanvar 2025 10:25
171
Qapıçı NHL tarixində ilkə imza atıb - VİDEO

"Pittsburq Pinqvinz"in qapısını qoruyan Aleks Nedelkoviç "Baffalo Seybrz"a qalib gəldikləri matçda (5:2) fərqlənib.

İdman.biz xəbər verir ki, o, NHL-in bir oyununda həm qol vurub, həm də məhsuldar ötürmə edən ilk qapıçı olub.

Qeyd edək ki, Nedelkoviç ümumiyyətlə NHL tarixində qol vuran 16-cı, qol vuran və xal toplayan 11-ci qapıçıdır.

İdman.biz

Məqalədə: