Əfsanəvi hokkeyçidən açıqlama: "Pittsburq"a sadiqəm"

Xəbərlər
28 Yanvar 2025 20:49
61
Əfsanəvi hokkeyçidən açıqlama: "Pittsburq"a sadiqəm"

Əfasnəvi hokkeyçi Sidney Krosbi "Pittsburq Pinqvinz"i tərk etməsi ehtimalına aydınlıq gətirib.

İdman.biz xəbər verir ki, 37 yaşlı idmançı komandadan ayrılmaq niyyətində olmadığını deyib.

"Bu söhbətlərə görə narahat deyiləm. Daima "Pittsburq"da oynayacam. Burada olmaq üçün komanda ilə yeni müqavilə imzalamışam. Bu baxımdan "Pittsburq"a sadiqəm", - deyə Krosbi açıqlamasında bildirib.

Qeyd edək ki, Sidney "pinqivinlər"lə 3 dəfə Stenli kubokunun qalibi olub. O, bu mövsümdə 52 oyunda 53 (15 qol+38 ötürmə) xal toplayıb.

İdman.biz