2024-cü ildən NHL-də çıxış edən “Yuta” klubu özü üçün üç ad seçib.
İdman.biz xəbər verir ki, onların arasında klubun hazırkı adı "Utah Hockey Club", həmçinin "Utah Mammoth" ("Mamont") və "Utah Wasatch" (dağ silsiləsinin adıdır) da var.
Yekun qərar azarkeşlərin səsverməsindən sonra veriləcək.
Klub daha əvvəl ABŞ-nin patent idarəsi tərəfindən rədd edildiyi üçün “Yeti” (“Yeti”), “Blizzard” (“Çovğun”) və “Venom” (“Zəhər”) variantlarından imtina edib.
Qeyd edək ki, 50 oyundan sonra "Yuta" 50 xalla NHL Şərq Konfransında 10-cu yerdədir.
İdman.biz