Hokkey üzrə ABŞ komandası Kanadada keçirilən "4 Nations Face-Off" turnirində Finlandiyanı 6:1 hesabı ilə məğlub edib.
İdman.biz xəbər verir ki, oyundan əvvəl Monrealdakı "Bell Centre" arenasında azarkeşlər ABŞ himnini fitə basıblar.
Matçdan sonra amerikalı hücumçu Metyu Tkaçak azarkeşlərin davranışını bəyənmədiyini bildirib.
İlk turdan sonra 3 xalla turnir cədvəlinə başçılıq edən ABŞ komandası növbəti matçda məhz Kanada hokkeyçiləri ilə qarşılaşacaq.
Qeyd edək ki, son həftələrdə ABŞ və Kanada arasında siyasi gərginlik hökm sürür.
İdman.biz