Kanadanın baş naziri: "Ölkəmizi əlimizdən ala bilməzsiniz, elə oyunumuzu da"

Xəbərlər
21 Fevral 2025 13:25
63
Kanadanın baş naziri: "Ölkəmizi əlimizdən ala bilməzsiniz, elə oyunumuzu da"

Kanadanın baş naziri Castin Trüdo hokkey üzrə "4 Nations Face-Off" turnirində ABŞ üzərində qazanılan qələbəyə münasibət bildirib.

İdman.biz xəbər verir ki, kanadalılar finalda amerikalıları məğlub edərək (3:2, overtaymda) yarışın qalibi olublar.

Trüdo sosial şəbəkədə belə yazıb: "Ölkəmizi əlimizdən ala bilməzsiniz - elə oyunumuzu da ala bilməzsiniz".

Qeyd edək ki, qarşılaşmadan əvvəl ölkəsinin milli komandasına uğurlar arzulayan ABŞ prezidenti Donald Tramp yenidən Kanadanın 51-ci ştat olmasını vurğulayaraq, Trüdonu da “qubernator” adlandırıb.

İdman.biz

Məqalədə: