NHL tarixində ən tez - 4-cü saniyədə qol - VİDEO

Xəbərlər
13 Mart 2025 13:25
53
NHL tarixində ən tez - 4-cü saniyədə qol - VİDEO

"Sietl'in kanadalı müdafiəçisi Brandon Montur NHL tarixində overtaymda ən tez qolun müəllifi olub.

İdman.biz xəbər verir ki, hokkeyçi "Monreal Kanadiens" ilə matçda əlavə vaxtın artıq dördüncü saniyəsində fərqlənib.

Mərkəzdə hakimin oyunu başlatdığında şaybanı ələ keçirən Montur qapıçı ilə təkbətək çıxaraq dəqiq zərbə vurub.

Qeyd edək ki, "Sietl" üçüncü periodun ortalarında 2:4 hesabı ilə məğlub vəziyyətdə olsa da, yekunda əzmkar qələbə qazanıb - 5:4 (ə.v.).

İdman.biz

Məqalədə: