NHL və KHL-də çıxış edən amerikalı və rusiyalı hokkeyçilər arasında oyun təşkil oluna bilər.
İdman.biz xəbər verir ku, bu barədə Kremlin mətbuat xidmətindən açıqlama verilib.
Açıqlamada ABŞ prezidenti Donald Trampın Rusiya Federasiyası prezidenti Vladimir Putinin iki ölkə hokkeyçiləri arasında oyunun keçirilməsi təklifini dəstəklədiyi bildirilib.
Qeyd edək ki, Rusiya hokkey yığması Rusiya-Ukrayna münaqişəsi səbəbindən beynəlxalq yarışlardan uzaqlaşdırılıb.
İdman.biz