Oveçkin NHL-in yeni rekordçusu olub - 895 qol - VİDEO

Xəbərlər
6 Aprel 2025 21:53
64
Oveçkin NHL-in yeni rekordçusu olub - 895 qol - VİDEO

Elmontda (ABŞ) NHL мüntəzəm mövsümü çərçivəsində "Nyu York Ayleners" "Vaşinqton Kapitals"ı qəbul edir.

İdman.biz xəbər verir ki, hazırda ikinci hissə davam edir və hesab 2:1 meydan sahiblərinin xeyrinədir.

Paytaxt klubunun qolunu ulduz hokkeyçi Aleksandr Oveçkin vurub.

39 yaşlı rusiyalı hücumçu üçün bu qol NHL karyerasında 895-ci olub və bununla o, Ueyn Qretskinin əfsanəvi rekordunu (894) yeniləyib.

İdman.biz