İkiqat çempiona 10 ildən sonra VİDA

Xəbərlər
28 Aprel 2025 21:19
111
İkiqat çempiona 10 ildən sonra VİDA

NHL-də yarışan "Pittsburq Pinqvinz" hokkey klubu baş məşqçi Mayk Sallivanla yollarını ayırıb.

İdman.biz biz xəbər verir ki, bunu "pinqivinlər"in meneceri Kayl Dubas açıqlayıb.

Sallivan 2015-ci ildən "Pittsburq"a başçılıq edib. Komanda onun rəhbərliyi iki dəfə dalbadal - 2015/2016 və 2016/2017-ci illər mövsümlərin Stenli kubokunu qazanıb.

Qeyd edək ki, Sallivan klubun tarixində 409 qələbə ilə rekordçu məşqçi olub.

İdman.biz