Prezident Kubokunda 8 komanda mübarizə aparacaq

Xəbərlər
13 Dekabr 2023 16:46
245
Prezident Kubokunda 8 komanda mübarizə aparacaq

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə dekabrın 15-24-də çövkən üzrə keçiriləcək Prezident Kubokunun iştirakçıları bəlli olub.

İdman.biz xəbər verir ki, Binə Atçılıq Mərkəzində baş tutacaq yarışda 8 komanda 2 qrupda mübarizə aparacaq.

Prezident Kubokuna “Sərhədçi-Dilbaz”, “Şirvan”, “Sərhədçi-Qarabağ”, “Zəfər”, “Polad”, “Embavood”, “Köhlən” və “Omar” qatılacaq. Yarışda yalnız milli cins atlar – Qarabağ və Dilbaz olacaq.

Kuboka dekabrın 15-də saat 10:00-da start veriləcək və həmin 3 gün matç keçiriləcək. Saat 15:00-da açılış mərasimi təşkil olunacaq. Rəsmi hissədən sonra 16:00-da günün sayca 4-cü görüşü keçiriləcək.

Dekabrın 17-də və 19-da qrupun digər oyunları olacaq. Ayın 21-də yarımfinallar, 2 gün sonra 3-cü yer uğrunda qarşılaşma baş tutacaq. Final isə dekabrın 24-nə təsadüf edəcək.

Qeyd edək ki, kubokun püşkü dekabrın 14-də atılacaq.

İdman.biz