Prezident Kubokunun püşkü atılıb

Xəbərlər
14 Dekabr 2023 16:07
240
Prezident Kubokunun püşkü atılıb

Çövkən üzrə Prezident Kubokunun püşkatma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, Binə Atçılıq Mərkəzində baş tutacaq yarışda 8 komanda 2 qrupa bölünüb.

A qrupunda “Sərhədçi-Qarabağ”, “Polad, “Köhlən”, “Şirvan”, B qrupunda isə “Sərhəçi-Dolbaz”, “Omar”, “Zəfər”, “Embawood” klubları yer alıblar.

Kuboka dekabrın 15-də saat 10:00-da start veriləcək və həmin 3 gün matç keçiriləcək.

Dekabrın 17-də və 19-da qrupun digər oyunları olacaq. Ayın 21-də yarımfinallar, 2 gün sonra 3-cü yer uğrunda qarşılaşma baş tutacaq. Final isə dekabrın 24-nə təsadüf edəcək.

Qeyd edək ki, turnirin açılış mərasimi dekabrın 15-də baş tutacaq.

İdman.biz