Gələn il Azərbaycanda Çövkən Liqası keçiriləcək

Xəbərlər
15 Dekabr 2023 16:23
290
Gələn il Azərbaycanda Çövkən Liqası keçiriləcək

2024-cü ilin aprel ayında Azərbaycanda Çövkən Liqasının başlanması planlaşdırılıb.

İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katib Bəhruz Nəbiyev deyib.

O bildirib ki, digər idman növlərində olduğu kimi, atçılıq idmanında da Azərbaycan klubları Çövkən Liqasında mübarizə aparacaq və ölkə çempionu müəyyən edəcəklər.

Banuçiçək Hüseynli
İdman.biz