Çövkən üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının qalibi olub.
İdman.biz xəbər verir ki, yığmamız Binə Atçılıq mərkəzində keçirilən mundialın həlledici görüşündə Mərakeşlə qarşılaşıb.
Komandamız rəqibi 2:0 hesabı ilə məğlub edərək, dünya çempionu tituluna yiyələnib. Yarışın bürünc medalı Nigeriyaya qismət olub. Onlar Özbəkistana 3:1 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, iyunun 10-da start götürən çempionatda 10 ölkənin yığması mübarizə aparıb.
İdman.biz