Peşəkar Çövkən Liqasının 7-ci turuna start verilir

Xəbərlər
3 Sentyabr 2024 13:53
81
Peşəkar Çövkən Liqasının 7-ci turuna start verilir

Sentyabrın 3-də Peşəkar Çövkən Liqasında 7-ci turun oyunları keçiriləcək.

İdman.biz xəbər verir ki, ilk qarşılaşma bu gün saat 16:00-da "Sərhədçi" - "Elit", saat 17:00-da isə "Polad" - "Omar" komandaları qarşılaşacaq.

Sentyabrın 4-də isə turun növbəti oyunları "Zəfər" - "Şirvan" (saat 16:00-da), "Ağstafa Dilbaz" - "Köhlən" (saat 17:00-da) və "Embawood" - "Qarabağ" (saat 18:00-da) komandaları arasında baş tutacaq.

Qeyd edəjk ki, oyunlar Novxanı Atçılıq Mərkəzində keçiriləcək.

İdman.biz

Məqalədə: