Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Novxanı Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının 7-ci turunun oyunları keçirilib.
İdman.biz xəbər verir ki, “Sərhədçi” və “Elit” çövkən komandaları arasında baş tutan gərgin mübarizə “Sərhədçi” komandasının 4-1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Polat” və “Omar” komandaları arasında keçirilən ikinci oyun birincinin 3-1 hesablı qələbəsi ilə başa çatıb.
Turun növbəti oyunlarında “Zəfər” komandası “Şirvan”a 5-0 hesabı ilə qalib gəlib. “Köhlən” klubu isə “Ağstafa Dilbaz”ı 4-3 hesabı ilə udub.
Günün və turun son oyunu “Embawood” və “Qarabağ” komandaları arasında keçirilib. Mübarizədə “Embawood” “Qarabağ” üzərində 3-0 hesablı qələbə əldə edib.
Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasında 8-ci turun oyunları sentyabrın 10-11-də baş tutacaq.
İdman.biz