ARAF kuboku uğrunda konkur yarışları keçirilib.
Bu barədə İdman.biz-ə Azərbaycan Respublikası Atçılıq Federasiyasının mətbuat xidmətində məlumat verilib.
Yarışda A kateqoriyası üzrə 90 sm və L kateqoriyası üzrə 115 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda Azərbaycanın müxtəlif atçılıq klublarından olan idmançılar iştirak etmişdir. Bu kateqoriyalar üzrə 20 yaşadək idmançılar yaş məhdudiyyəti olmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək atlarla mübarizə aparıblar.
17 idmançının iştirak etdiyi A kateqoriyası üzrə keçirilən yarışda “Sərhədçi” atçılıq klubunun təmsilçisi Qəzənfər Fərzəliyev “Əsanə” ləqəbli atla birinci, Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təmsilçisi Ayan Fərəcova “Tibet” ləqəbli atla ikinci, eyni məktəbin digər təmsilçisi Valeriya Roşenko “Şəhzadə” ləqəbli atla üçüncü, “Elite” klubunun təmsilçisi Əhəd Məmmədov “Walonka” ləqəbli atla dördüncü və “Alart S” ləqəbli atla beşinci yeri tutublar.
L kateqoriyası üzrə yaş məhdudiyyəti olmadan 13 idmançının mübarizə apardığı yarışda “Gilan” atçılıq klubunun təmsilçisi Rahib İsmayılov “Cartanio” ləqəbli atla ilk pillənin sahibi olib. Növbəti yerləri “Elite” atçılıq klubunun təmsilçisi Aydan Ağayeva “Zidan D” ləqəbli atla ikinci, həmin idmançı “Zirvə 2” ləqəbli atla üçüncü, “Gilan” atçılıq klubunun təmsilçisi Elmar Abdullayev “Xəzər” ləqəbli atla dördüncü, “Buta Golden” atçılıq klubunun təmsilçisi Eqor Morotski “Guadella” ləqəbli atla tutublar.
M kateqoriyası üzrə 125 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda yaş məhdudiyyəti qoyulmayan atlarla 11 idmançı iştirak etdib. Mübarizənin yekununda “Buta Golden” atçılıq klubunun təmsilçisi Eqor Morotski “Astrello” ləqəbli atla qalib adını qazanıb. “Gilan” atçılıq klubunun təmsilçisi Elmar Abdullayev “Xəzər” ləqəbli atla ikinci, “Elite” atçılıq klubunun təmsilçisi Aydan Ağayeva “Zidan D” ləqəbli atla üçüncü, “Buta Golden” atçılıq klubunun təmsilçisi Eqor Morotski “Guadella” ləqəbli atla dördüncü, “Elite” atçılıq klubunun təmsilçisi Anar Hümbətov “Damla” ləqəbli atla beşinci yerin sahibi olub.
Sonda hər üç kateqoriya üzrə birinci yerin sahiblərinə ARAF kuboku, ikinci və üçüncü yerlərin sahiblərinə medal, dördüncü və beşinci yerlərin sahiblərinə isə Azərbaycan Respublikası Atçılıq Federasiyasının diplomu təqdim edilib.
İdman.biz