Cüdo üzrə növbəti dünya çempionatının məkanı və tarixi dəqiqləşib.
İdman.biz xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası (İJF) məlumat yayıb.
Bildirilib ki, gələn il mundaila BƏƏ-ni paytaxtı Abu-Dabi ev sahibliyi edəcək. Dünya çempionatı mayın 19-24-də başa tutacaq. Bu, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalı verən son yarış olacaq.
Qeyd edək ki, bu il Dohada keçirilən dünya çempionatında Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıb.
İdman.biz