Cüdo üzrə üçqat Avropa çempionu Hidayət Heydərov (73 kq) son bir ildə “Böyük Dəbilqə”də qazanılan mükafatların sayına görə ilk “dördlük”də yer alıb.
İdman.biz xəbər verir ki, cüdoçumuzun bu seriyalı yarışda 3 uğurlu çıxışı bu pillədə qərarlaşmasını rəsmiləşdirib.
Bakıda və Tokioda keçirilən “Böyük Dəbilqə”lərdə qızıl, Antalyada bürünc medal qazanan Heydərov yalnız İnal Tasoyev (3-0-1), Matvey Kanikovski (2-1-0) və Tamerlan Başayevdən (2-0-2) geri qalır.
Qeyd edək ki, öz çəki dərəcəsində dünya reytinqinin liderləri olan Ryuju Naqayama və İliya Sulamanidze (hər ikisinin 2 qızıl mükafatı var) siyahıda cüdöçumuzdan sonrakı pillələrdədir.
İdman.biz