“Milli komandada abu-hava çox yaxşıdır. Hamımız birgə Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlaşırıq”.
Bunu İdman.bizə cüdo üzrə Azərbaycan millisinin məşqçisi Rüstəm Alimli deyib.
Yeniyetmələrin baş məşqçisi kimi dünya və Avropa çempionları yetişdirən mütəxəssis işini oktyabrdan əsas milli komandada davam etdirir. Alimli bildirib ki, gələn il baş tutacaq Olimpiadada cüdoçulardan uğurlu çıxış gözləyir: “Bütün cüdoçularımızın məqsədi Yay Olimpiya Oyunlarıdır. Orda çıxış etmək yox, medal qazanmaq istəyirlər. İnanıram ki, Paris-2024-də ən azı 2 medalımız olacaq. Onlardan biri qızıl olacaq. Olimpiadanın atmosferi tamam fərqlidir. İdmançının günü olsa, hər biri medal qazana bilər. Amma gedişata baxsaq, Zelim Kotsoyev və ya Hidayət Heydərov qızıl medal qazan bilər. Şanslar çoxdur”.
Qeyd edək ki, Alimli 1 gün öncə ən yaxşı məşqçilər arasında yer alıb.
Emin Ağa
İdman.biz