Avropa Cüdo İttifaqının reytinq cədvəlinə iki azərbaycanlı cüdoçu başçılıq edir.
İdman.biz -in məlumatına görə, bu il Parisdə keçirilən "Böyük Dəbilqə" turnirinin qalibi olan Balabəy Ağayev 60 kq çəki dərəcəsində birinci yerdədir.
73 kq-a qədər çəki dərəcəsində isə dünya reytinq cədvəlində bir nömrəli yer tutan Hidayət Heydərov reytinq cədvəlinin lideridir. Bu mövsüm cüdoçu Antalyada keçirilən "Böyük Dəbilqə" turnirində fərqlənərək bürünc medal qazanıb.
Digər çəki dərəcələrində Avropa təsnifatında birinci yerləri Denis Viera (66 kq, Moldova), Tato Qrilaşvili (81 kq, Gürcüstan), Luka Maisuradze (90 kq, Gürcüstan), İliya Sulamanidze (100 kq) və Marti Puumalainen (+100 kq, Finlandiya) tutur.
Nicat Zəkiyev
İdman.biz