Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də bürünc medalı əldən verdilər - YENİLƏNİB + VİDEO

11 Sentyabr 2026 20:46
1 140
Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də bürünc medalı əldən verdilər

Budapeştdə (Macarıstan) keçirilən “Böyük Dəbilqə” turnirinin ilk günündə Azərbaycan cüdoçuları medal qazana bilməyiblər.

İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Murad Muradlı beşinci yeri tutub.

O, turnirə Ermənistan təmsilçisi Vahe Ağasyan və Fransadan Maksim Merləni məğlub etməklə başlayıb. Dörddəbir finalda macar Mart Andrasiyə uduzan Muradlı təsəlliverici blokda digər macar Şanad Fetskonu üstələyib. Bürünc medal uğrunda görüşdə isə Ukrayna təmsilçisi Artyom Lesyukə məğlub olub.

66 kq çəki dərəcəsində çıxış edən Nizami İmranov da turniri beşinci pillədə başa vurub. İlk mərhələdən azad olan cüdoçu Böyük Britaniyadan Maykl Frayeri və Niderlanddan Yoxem van Harteni məğlub edib. Dörddəbir finalda macar Bence Pongraçı üstələyən İmranov yarımfinalda monqolustanlı Byambasuren Ulzibayara uduzub. Bürünc medal uğrunda görüşdə isə Moldova təmsilçisi Denis Vieri ilə qarşılaşan cüdoçu məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri sentyabrın 13-də yekun vurulacaq.

17:14

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycanın iki cüdoçusu bürünc medal uğrunda tatamiyə çıxacaq.

İdman.Biz xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan Nizami İmranov yarımfinalda Monqolustan təmsilçisi Byambasuren Ulziibayara məğlub olub.

Cüdoçumuz bürünc medal uğrunda görüşdə Moldova təmsilçisi Denis Vieri ilə qarşılaşacaq.

60 kq çəkidə çıxış edən Murad Muradlı isə bürünc medal uğrunda görüşdə Ukrayna cüdoçusu Artem Lesiukla üz-üzə gələcək.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri sentyabrın 13-də yekun vurulacaq.

17:11

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Murad Muradlı bürünc medal uğrunda yarışmaq hüququ qazanıb.

İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz təsəlliverici görüşdə Macarıstan təmsilçisi Çanad Fetskoya qalib gəlib.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri sentyabrın 13-də yekun vurulacaq.

16:10

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycanın üç cüdoçusu ilə bağlı nəticələr bəlli olub.

İdman.Biz xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan Nizami İmranov 1/4 finalda Macarıstan təmsilçisi Bense Ponqratsa qalib gələrək yarımfinala yüksəlib.

48 kq çəkidə yarışan Könül Əliyeva isə təsəlliverici görüşdə Niderland təmsilçisi Amber Gersjesə məğlub olub. Bununla da cüdoçumuz Macarıstan Böyük Dəbilqəsini yeddinci pillədə başa vurub.

60 kq çəki dərəcəsində çıxış edən Murad Muradlı 1/4 finalda Macarıstan təmsilçisi Marton Andrasiyə məğlub olub. Cüdoçumuz təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri sentyabrın 13-də yekun vurulacaq.

15:28

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Nizami İmranov 1/4 finala yüksəlib.

İdman.Biz xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 1/8 finalda Niderland təmsilçisi Yoxem Van Hartenə qızıl xal bölümündə ipponla qalib gəlib.

Eyni çəkidə yarışan Rəşad Yelkiyev isə 1/8 finalda Monqolustan təmsilçisi Byambasuren Ulziibayara məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri sentyabrın 13-də yekun vurulacaq.

15:09

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycanın iki cüdoçusu tatamiyə çıxıb.

İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Murad Muradlı 1/8 finalda fransalı Maksim Merlindən üstün olaraq 1/4 finala yüksəlib.

48 kq çəkidə yarışan Könül Əliyeva isə 1/4 finalda ABŞ təmsilçisi Mariya Seliya Labordeyə məğlub olub. Cüdoçumuz təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri sentyabrın 13-də yekun vurulacaq.

14:31

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Könül Əliyeva 1/4 finala yüksəlib.

İdman.Biz xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 1/8 finalda Tunis təmsilçisi Umayma Bediuini məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri sentyabrın 13-də yekun vurulacaq.

13:42

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycanın iki cüdoçusu 1/8 finala yüksəlib.

İdman.Biz xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan Nizami İmranov 1/16 finalda Böyük Britaniya təmsilçisi Maykl Frayerə qalib gəlib.

Eyni çəkidə yarışan Rəşad Yelkiyev isə Mohammad Xoşbini məğlub edərək adını 1/8 finala yazdırıb.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri sentyabrın 13-də yekun vurulacaq.

12:55

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Murad Muradlı 1/8 finala yüksəlib.

İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 1/16 finalda Ermənistan təmsilçisi Vahe Ağasyana qalib gəlib.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri sentyabrın 13-də yekun vurulacaq.

12:09

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycanın iki idmançısı tatamiyə çıxıb.

İdman.Biz xəbər verir ki, 48 kq çəkidə yarışan Könül Əliyeva isə 1/16 finalda Anqola idmançısı Mariya Sequndaya qalib gələrək 1/8 finala yüksəlib.

60 kq çəki dərəcəsində mübarizə aparan Babarəhim Mirzəyev 1/32 finalda Qazaxıstan təmsilçisi Nuradil Aljana məğlub olub.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri sentyabrın 13-də yekun vurulacaq.

09:53

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürəcək.

İdman.Biz xəbər verir ki, ilk yarış günündə üç çəki dərəcəsində beş cüdoçumuz tatamiyə çıxacaq.

İdman.Biz xəbər verir ki, qadınların 48 kq çəki dərəcəsində 1/16 finalda Könül Əliyeva Anqola təmsilçisi Mariya Sequnda ilə qarşılaşacaq.

Kişilərin 60 kq çəki dərəcəsində Babarəhim Mirzəyev 1/32 finalda Qazaxıstan təmsilçisi Nuradil Aljanla üz-üzə gələcək. Eyni çəkidə Murad Muradlı 1/16 finalda Ermənistan cüdoçusu Vahe Ağasyanla mübarizə aparacaq.

66 kq çəki dərəcəsində isə Rəşad Yelkiyev 1/16 finalda Mohammad Xoşbin (IRT - Beynəlxalq Cüdo Federasiyasının Qaçqınlar Komandasını ifadə edir) ilə qarşılaşacaq. Nizami İmranov isə Maykl Frayer (Böyük Britaniya) - Akjigit Nassir (Qazaxıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Təsnifat mərhələsi saat 11:00-da, final bloku isə 19:00-da başlayacaq.

İdman.Biz