Yaşar Nəcəfov: “Qızıl medal üçün nəyin çatmadığını bilsəydim, çempion olardım”

Müsahibə
27 Yanvar 2024 17:20
558
Yaşar Nəcəfov: “Qızıl medal üçün nəyin çatmadığını bilsəydim, çempion olardım”

“İlin ilk yarışı uğurlu alındı. Yaxşı formada idim. Qızıl medal qazanmaq istəyirdim, amma qismət gümüş oldu”.

Bunu İdman.bizə Azərbaycan millisinin cüdoçusu Yaşar Nəcəfov deyib.

O, 66 kq çəkidə Portuqaliyanın Odivelas şəhərində keçirilən Qran-pridə gümüş medal almasını dəyərləndirib: “İlk mərhələdə rəqiblərin səviyyəsi normal idi. Daha sonra daha təcrübəli, dünya və olimpiya mükafatçılarını üstələyərək finala çıxdım. Qızıl medal üçün nə çatmadı sualına gəlincə, cavabını bilsəydim yəqin ki çempion olardım”.

O, həlledici görüşdə Yaqo Abuladzedən (AİN) daha üstün olduğunu bildirib: “Rəqib məni nədəsə üstələyə bilmirdi. Qızıl xala qədər üstünlük məndə idi. Sadəcə bir balaca boşluğa yol verdim. Güclü və yaxşı idmançıdır. Amma keçilməyən bir sədd deyil”.

Qeyd edək ki, Qran-prinin ilk günündə Turan Bayramov (60 kq) və Kamran Süleymanov (66 kq) üçüncü yeri tutub.

Emin Ağa
İdman.biz

Məqalədə: