Cüdo yığmamız 6-cı pillədə qərarlaşıb

Xəbərlər
28 Yanvar 2024 09:37
312
Cüdo yığmamız 6-cı pillədə qərarlaşıb

Azərbaycan cüdo yığması Portuqaliyanın Odivalese şəhərində keçirilən Qran-Pridə ümumi hesabda 6-cı pillədə qərarlaşıb.

İdman.biz xəbər verir ki, komandamız yarışın ilk iki günündə 4 medal qazanıb.

Cüdoçularımızdan Yaşar Nəcəfov (66 kq) gümüş, Turan Bayramov (60 kq), Kamran Süleymanov (66 kq) və Səid Molayi (81 kq) isə bürünc medal qazanıb.

Turnirdə ən yaxşı göstərici Yaponiya (2-1-4) yığmasına məxsusdur. Özbəkistan (2-1-0) ikinci, Cənubi Koreya (1-0-1) üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Qran-Pridə 15 ölkənin təmsilçiləri medal qazanıblar.

İdman.biz

Məqalədə: