"Yenidən öz sevimli idman növümdə bütün turnirlədə uğurlu çıxış etməyi arzulayıram".
İdman.biz xəbər verir ki, bunu Portuqaliyada keçirilən cüdo üzrə Qran-Pridə bürünc medal qazan Səid Mollayi deyib.
Azərbaycan yığmasının üzvü Avropa Cüdo İttifaqının rəsmi saytına müsahibə verib. 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı Olimpiya ili barəsində danışıb: "Cüdonun bəxş etdiyi mübarizədən həzz alıram. Olimpiya ilində sağlam idman həyatımız bizə dəyərli hədiyyədir".
Qeyd edək ki, Mollayi Odivaleş şəhərində keçirilən turniri üçüncü pillədə başa vurub.
İdman.biz