ACF-nın baş katibi: “Uşanqi Kokauri etimadı doğrulda bilmir” - VİDEO

Xəbərlər
7 Fevral 2024 12:22
947
ACF-nın baş katibi: “Uşanqi Kokauri etimadı doğrulda bilmir” - VİDEO

“Bəzi çəki dərəcələri üzrə idmançılar bizi müəyyən qədər məyus edir. Təəssüf ki, onlar bizim müəyyən gözləntilərimizi doğrultmurlar”.

Bunu “İdman Bizdə” verlişinin qonağı olan Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu deyib.

O, Uşanqi Kokaurinin (+100 kq) çıxışının ürəkaçan olmadığını bildirib. Rəsullunun sözlərinə görə, 32 yaşlı idmançı nəticə verməkdə çətinlik çəkir: “Təəssüf ki, Uşanqi federasiya tərəfindən ona göstərilən etimadı tam şəkildə doğrulda bilmir. Amma onun hazırda bizim bu çəkidə ən güclü idmançımız olması da faktdır. Hazırda Paris-2024-ə lisenziyanı təmin edən cüdoçu da odur. Təbii ki, yenə də məşqçilər heyəti və federasiya olaraq onunla işləməyə davam edəcəyik”.

Emin Ağa

İdman.biz

Məqalədə: