Rəşad Rəsullu: “Qadın cüdoçularımızın Olimpiadada medal götürmək potensialı var” - VİDEO

Xəbərlər
7 Fevral 2024 14:11
495
Rəşad Rəsullu: “Qadın cüdoçularımızın Olimpiadada medal götürmək potensialı var” - VİDEO

“Ötən ilin sonunda Leyla Əliyeva və Gültac Məmmədəliyeva çıxışları ilə göstərdilər ki, lider idmançılara qalib gəlmək potensialları var”.

Bunu “İdman Bizdə” verlişinin qonağı olan Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu deyib.

O, qadın cüdoçularımızın Paris-2024 Yay Olimpiya Oyunlarında şanslarını dəyərləndirib. Rəsullu bildirib ki, onlara inamı yüksəkdir: “Qızlarımızın Olimpiya Oyunlarında medal götürmək potensialı var. Leyla dünya reytinqində 1-ci yerdə gedən italiyalı idmançıya qalib gəlib. O, çəkisində liderlərdən yaponiyalıdan başqa hər birini məğlub edib. Avropa çempionatında 1/4 finalda zədələndi. Gültacın da medal götürməsini gözləyirəm. Həmin günə hazırlıqları necə olacaqsa, o da həlledici rol oynayacaq. Kişilərdən ibarət komandaya hansı şərait yaradılırsa, qadınlarda da eynidir. Yaponiyada təlim-məşqlər toplanışından tutmuş vitamilizasiyaya qədər hər şey eynidir”.

Emin Ağa
İdman.biz

Məqalədə: