Rəşad Rəsullu: “Elcan Hacıyev qərarından məyusluq keçirir” - VİDEO

Müsahibə
8 Fevral 2024 16:04
365
Rəşad Rəsullu: “Elcan Hacıyev qərarından məyusluq keçirir” - VİDEO

“Elcan Hacıyev ötən ilin ikinci yarısını zədələrlə keçirdi. Ona görə tam gücü ilə məşq edə bilmirdi”.

Bunu “İdman Bizdə” verilişinin qonağı olan Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu deyib.

O bildirib ki, ilin ilk 2 yarışını medalla başa vuran Elcan Hacıyev (90 kq) zədə səbəbindən ötən ili boşa verib: “Zədələrdən bərpa olunduqdan sonra Yaponiyada təlim-məşq toplanışına qatıldı. Elcan əvvəlki formasını bərpa etməkdədir. Düşünürəm ki, o, çəkisini bir az gec dəyişdi. Ona tövsiyə edirdik ki, 81 kq-dan 90-a keçsin. Bu təxminən 2 il bundan qabaq olmuşdu. Zənnimcə, indi o həmin vaxt verdiyi qərarından məyusluq keçirir. Daha tez bu çəkiyə keçmədiyi üçün üzülür. Elcanın çox güclü xarakteri var. Onun üçün yapon və ya gürcü idmançısı fərq etmir. Tatamiyə çıxıb əllərindən gələni edir. Hələ 21 yaşı var. Gələcəkdə hər şey öz əlindədir”.

Qeyd edək ki, Hacıyev ilin ilk yarışı olan Portuqaliya Qran-prisində bürünc, ardınca Fransa “Böyük Dəbilqə”sində isə gümüş medal qazanıb.

Emin Ağa
İdman.biz

Məqalədə: